Silahlı Qüvvələrin Ali Baş Komandanının fərmanının mətni belədir:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
General-mayor Seyid Əbdülrəhim Musəvi
General-polkovnik Məhəmmədhüseyn Baqirinin bədnam sionist rejiminin əli ilə şərəfli və izzətli şəhadətini və sizin layiqli xidmətləri və dəyərli təcrübələrinizi nəzərə alaraq, Zati-alilərini Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edirəm.
İlahi lütfə ümid və Allahın dəstəyi ilə silahlı qüvvələrin imkanları və asayişin müdafiəsi hazırlığının və xalq səfərbərliyinin lazımi dərəcədə artırılması, inqilabi hərəkətlərlə İran İslam Respublikası sisteminə qarşı yönəlmiş istənilən səviyyə və hər növ təhdidlərə vaxtında və effektiv cavab vermək imkanı sizdən gözlənilir.
-Qədir-Xum Qurban bayramı ərəfəsində bu fədakar və ixlaslı şəhid üçün Uca Allahdan ona yüksək dərəcə və məqamlar nəsib etməsini və ilahi övliyalarla, xüsusən də müvəhhidlərin mövlası Əmirəl-möminin Həzrət İmam Əlinin (ə) yanında olmasını diləyirəm.
Uca Allahdan hər kəsə uğurlarının davamlı olmasını diləyirəm.
Seyid Əli Xamenei
13/6/2025
Silahlı Qüvvələrin Ali Baş Komandanının əmri ilə general-mayor Seyid Əbdülrəhim Musəvi İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib
13 iyun 2025 at 13:39
Xəbər kodu:
85861540

General-polkovnik Məhəmməd Hüseyn Baqirinin şəhadətindən sonra İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei general-mayor Seyid Əbdülrəhim Musəvinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsi haqqında fərman verib.
Sizin rəyiniz